Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Pentaqon iştirakını inkar edir:ABŞ İrana zərbələrin arxasında kimin ola biləcəyinə cavab verdi

  

          İsrail ordusunun sözçüsü şərh verməkdən imtina edib

“Yenixeber.org” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ rəsmilərinin iddiasına görə İrana gecə hücumunun arxasında İsrail qüvvələri dayanır.

“Reuters” qeyd edir ki, İsrail uzun müddətdir ki, diplomatik Tehranın nüvə və ya raket proqramını cilovlaya bilməsə, İran hədəflərini vurmağa hazır olduğunu bildirib, lakin konkret insidentləri şərh etməkdən çəkinmək siyasətini davam etdirir. İsrail ordusunun sözçüsü bu barədə şərh verməkdən imtina etdi.

Öz növbəsində Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder ABŞ silahlı qüvvələrinin İrana zərbələr endirmələrində iştirak etmədiyini bildirib.

Adının açıqlamasını istəməyən ABŞ rəsmilərindən biri agentliyə deyib ki, İsrailin bu işə qarışdığı görünür. Bir sıra digər ABŞ rəsmiləri Vaşinqtonun zərbələrdə iştirak etmədiyini bildirərək şərh verməkdən imtina ediblər.

Hücum İran və Qərb arasında Tehranın nüvə fəaliyyəti və Rusiyanın Ukraynaya qarşı müharibəsi üçün uzun mənzilli “kamikadze pilotsuz uçan aparatlar” da daxil olmaqla silah tədarükü ilə bağlı gərginlik, habelə aylarla davam edən hökumət əleyhinə nümayişlər fonunda baş verib.

Tehrana dəyən ziyanla bağlı məlumatlar açıqlanmır. Ancaq Rusiyanın Ukraynanı terrora saldığı pilotsuz təyyarələr istehsal edən zavodun zərər çəkmədiyi artıq məlumdur. Media İranın hərbi imkanlarına hücumda ABŞ və İsrailin, daha sonra isə “başqa ölkənin” iştirakı ilə bağlı şayiələr yaymağa başlayıb.

 

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam