Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"ABŞ Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlığa hazırdır" -Dövlət Departamentinin rəsmisi

Yenixeber.org: Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz Məsələləri və Regional Münaqişələr ofisinin rəhbəri Mark Kameronla görüşündə bildirilib.

Görüş zamanı Agentliyin yaradılma tarixçəsi, fəaliyyət istiqamətləri, işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsinin miqyası, bərpa-quruculuq işlərinə törətdiyi maneə, eləcə də keçmiş təmas xətti boyu ərazilərlə yanaşı, dağıdılmış yaşayış məskənlərinin, mülki təyinatlı obyektlərin də ciddi şəkildə minalarla çirkləndirilməsi haqda prezentasiya təqdim edilib.

İnsanların həyat və təhlükəsizliyinə böyük əngəl olan partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təbliğatının istiqamətləri, minatəmizləmə əməliyyatlarına cəlb olunan yeni müdavimlər üçün keçirilən təlimlər, habelə Agentliyin illər boyu əldə etdiyi müsbət təcrübəsinin digər zərərçəkmiş ölkələrlə bölüşməsinə hazır olması cənab Mark Kemeronun diqqətini cəlb edib.

M.Kameron keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına töhfə vermək məqsədilə humanitar minatəmizləmə fəaliyyətinin müxtəlif istiqamətləri üzrə uzunmüddətli əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Vüqar Süleymanov öz növbəsində Agentliyin ABŞ-ın müxtəlif qurumları ilə 20 ildən artıq effektiv əməkdaşlığın daha da genişləndirilməsinə ümidvar olduğunu qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam