Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Zərərli vərdişlərə yox deyək!” -FOTOLAR

 
Neftçala Rayon Polis Şöbəsinin və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə Neftçala Peşə Məktəbində “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib.
Yenixeber.org: Görüşdə polis şöbəsinin əməkdaşları, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Neftçala Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər keçirilən görüşün mahiyyətindən danışaraq, narkotiklərin insan sağlamlığına zərərli təsiri haqqında geniş məlumatlar veriblər. Zərərli maddələrin - "ağ ölümün" aludəçisinə çevrilən gənclərin sonu olmayan vərdişlərdən qurtulması yollarını diqqətə çatdıran məruzəçilər, bu istiqamətdə görülən işlərdə cəmiyyətin bütün üzvlərinin fəal iştirakının vacibliyini qeyd ediblər.
Tədbirin sonunda insanda asılılıq yaradan, onun bütün gələcəyini və şəxsi həyatını məhv edən narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam