Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Vardanyandan yeni təxribat -Hərbi geyimdə icma rəhbərlərini çardağa yığdı

Vardanyandan yeni təxribat -    Hərbi geyimdə icma rəhbərlərini çardağa yığdı 
Xankəndidəki separatçı rejimin qondarma "dövlət naziri" Ruben Vardanyan növbəti dəfə təxribatçı davranışı ilə seçilib. 
Yenixeber.org: O, Ağdərə rayonununda ermənilərin yaşadığı kəndlərə gedərək icma rəhbərləri ilə çardaqda toplantı keçirib.
Separatçı böhran vəziyyətində olmalarından gileylənib. O qeyd edib ki, proseslərin qondarma rejimə çox böyük mənfi təsirinə və çətinliklərə baxmayaraq, böhran onlara müəyyən dərs verib.
"Bu yeni vəziyyətdə prioritetlər yenidən qiymətləndirilir. Bir sıra sektorlar, məsələn, kənd təsərrüfatı və bu sahədə həyata keçirilən proqramların səmərəliliyinin artırılması əsas istiqamətlərdən birinə çevrilib" deyən Vardanyana sakinlər problemlərindən danışıblar. Onlar qarşıdan gələn yaz əkinlərinə hazırlıq və istixana təsərrüfatının hazırkı durumu barədə də giley dolu suallar veriblər.
Separatçı yerli ermənilərin suallarına cavab əvəzində deyib ki, “Hər dəfə bu görüşlərdən çox güc alıram. Hər dəfə sizinlə görüşdükdən sonra məndə inam daha da güclənir ki, biz birlikdə çox şey edə bilərik və çox şeyə nail olacağıq”.
Vardanyanın hərbi geyimə keçməsi də diqqət çəkib. Halbuki o heç bir rütbə daşımır və əsasən separatçıların iqtisadi məsələləri ilə məşğul olur.
Xatırladaq ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib: "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam