Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

PUTİNİN “VARDANYAN LAYİHƏSİ”nin NƏTİCƏLƏRİ... –Sülh prosesinə və ermənilərə hansı zərbəni vurdu?

 Yenixeber.org: Onun Xankəndidə peydə olmasından sonra Azərbaycanlı ekofəallar Laçın yolunda fasiləsiz etiraz aksiyaları keçirir. Eyni zamanda , Ermənistan hakimiyyəti ilə separatçı rejim və Rusiya arasında da narazılığın yarandığı müşahidə olunur. Ya da belə bir görüntü yaradılır...

Kreml mövcud qanunverciliyə zidd olaraq Vardanyanı Rusiya vətəndaşlığından çıxarıb, bununla Bakının tələblərinə formal cavab verilib. Amma erməni milyarderin üzərində qurulan layihə tam olaraq bəlli deyil. Çünki Vardanyan həm də Qərblə sıx işbirliyində olub, xarici şirkətlərin investisiyalarını Rusiyada idarə edərək milyardlar qazanıb. Bu gün Qərb mətbuatının onun separatçı-cinayətkar fəaliyyətinə geniş yer verməsi də təsadüfi deyil.

Politoloq Fərhad Məmmədov Vardanyan layihəsinin niyə ortaya atıldığı sualına cavab vermək üçün ötən ilin ikinci yarısından sonra bölgədə cərəyan edən hadisələrin xronikasına nəzər salmağı zəruri hesab edir.



O bildirir ki, “Qisas” əməliyyatından sonra hadisələr əsasən üç iqtiqamətdə cərəyan edib:

"- Rusiya sülhməramlılarının mandatının olmaması bölgədə Moskvaya heç bir addım atmağa imkan vermir;

- Ermənistan anladı ki, Azərbaycan üçün hansısa toxunulmaz xətlər yoxdur, “hər yerdə” rahat hərəkət edə bilər;

- Azərbaycan Qarabağ ermənilərinin nümayəndələri ilə təmasda idi və ermənilərin Laçın və Zabuxdan köçürülməsi həyata keçirilirdi”.

Ekspert daha sonra ötən 5 aydakı hadisələrə nəzər salıb:

“- 31 avqustda Brüsseldə keçirilən üçtərəfli sammitdə Azərbaycanın təklif etdiyi prinsiplər əsasında sülh müqaviləsinin mətni üzərində işləmək barədə razılıq əldə olundu. Daha sonra nümayəndələrin sərhəddə görüşü keçirildi və növbəti sammitin noyabrda olacağı barədə razılıq əldə olundu. Bu, sülh müqaviləsinin aktuallaşdığı ilk görüş idi;

- Sentyabrın 1-də “Vardanyan layihəsi” dövriyyəyə buraxıldı. Vardanyan Rusiya pasportundan imtina edir, Xankəndinə köçdüyünü elan edir və “artsaxın inkişafı və təhlükəsizliyi” üçün fond yaradır. Yeri gəlmişkən, indi bu fondun varlığı-yoxluğu bilinmir;

- Sentyabrın əvvəlində Rusiya “Qarabağın “statusu”nun təxirə salınması” təklifi ilə öz sülh müqaviləsi variantını təklif etdir;

- 12/13 sentyabr şərti sərhəddə toqquşmalar baş verdi. Bu hadisə ya Ermənistanın sülh prosesini dağıtmaq üçün törətdiyi təxribat idi, ya da üçüncü tərəfin Ermənistan Silahlı Qüvvələrindəki agentləri vasitəsi ilə həyata keçirildi;

- 27 sentyabr - Vaşinqton görüşü. Bu görüşdə "Vaşinqton sənədi" müzakirə olundu. Sənədin əsas ideyası Avropa İttifaqının təkliflərinin Azərbaycan və Ermənistan tərəfindən ayrılıqda işlənməsini, Bakı-Xankəndi münasibətlərinin formalaşması mexanizmini əhatə edir. Bakı-Xankəndi münasibətləri ilə bağlı bəndin mahiyyətində müəyyən ziddiyətlər olsa da, Ermənistan-Azərbaycan sülh prosesini bu mövzudan ayırmaq qərara alındı;

- Oktyabrın 2-də Cenevrədə Xarici İşlər nazirllərinin görüşündə sülh mətninin müzakirəsi həyata keçirildi. ATƏT-in artıq mövcud olmayan Minsk qrupunun müzakirələrə gələn həmsədrləri prosesdən kənarda qaldı. Bu görüşdə Azərbaycan-Ermənistan münasibətləri Qarabağ mövzusu olmadan masaya yatırılıb;

- 4 oktyabr Arayik Arutyunyan Ruben Vardanyana “dövlət naziri” vəzifəsini təklif edir. Vardanyanın “düşünmə dövrü” başlayır, amma əslində layihənin dəstəkçilərini müəyyənləşdirir;

- 6 oktyabr Praqa sammiti: Azərbaycanın və Ermənistanın bir-birinin ərazi bütövlüyünün tanınmasını ifadə edən Praqa bəyannaməsi imzalandı. Mətndə yenə Qarabağ mövzusu yoxdur. Proses getdikcə Rusiyanın iştirakı olmadan dərinləşir;

- Oktyabrın ortalarında “Vardanyan layihəsi”nin dəstəkçiləri Rusiya mətbuatında Azərbaycana və Paşinyana qarşı kampaniyaya başlayırlar;

- 27 oktyabrda Putinin Valdayda çıxış edərək, Ermənistana “tələsməyə ehtiyac yoxdur” deyə nəsihət verir;

- Paşinyan dərhal Rusiyanın təklif etdiyi sülh layihəsini 100% dəstəklədiyini bəyan edir;

- Oktyabrın 31-də Soçidə Putinin iştirakı ilə keçirilən sammitdə ölkələrin ərazi bütövlüyünün qarşılıqlı olaraq dəstəklənməsi, Qarabağ mövzusu və Rusiya sülhməramlılarının mandatını müəyyənləşdirmək mümkün olmadı. Qarabağdakı ermənilərin “statusu” və sülh müqaviləsi məsələsini birgə müzakirə etmək gündəlikdən çıxarıldı. Sülh müqaviləsi prioritetdir və Ermənistanın ondan uzaqlaşa bilməz;

- Noyabrın 4-də Vardanyan “dövlət naziri” təyin olunur...



Nəticələr:

- Hər dəfə sülh müqaviləsi və Qarabağ mövzuları ayrı-ayrılıqda müzakirə ediləndə “Vardanyan layihəsi” aktivləşir;

- Bütün ziddiyyətlərə baxmayaraq, əgər Bakı-Xankəndi formatı aktuallaşarsa, o zaman Rusiya burada tamamilə idarə olunan Vardanyanın timsalında peyda olur;

- Vardanyan Rusiya sülhməramlılarının Ermənistan rəhbərliyi tərəfindən tənqid olunmasına qarşı çıxır. Arayik Arutyunyan və Paşinyan Fransada Qarabağa beynəlxalq kontingent göndərmək tələb edir, Vardanyan isə yalnız Rusiya sülhməramlılarına manadat istəyir”.

Politoloq vurğulayır ki, “Vardaniya layihəsi” Rusiyanın sülh müqaviləsi prosesini dayandırmaq və Qarabağ məsələsini yenidən danışıqlara qaytarmaq üçün mənasız cəhdidir. Onun sözlərinə görə, bu cəhdin nəticəsi olmayacaq: “Əksinə, bu, Azərbaycanın Laçın yoluna nəzarəti təmin etməsi prosesinin sürətlənməsinə gətirib çıxardı. “Vardanyan layihəsi”nin resursu tükənmək üzrədir, çünki indiyə qədər müəyyən olunmuş rolu tam yerinə yetirə bilməyib. Doğrudur, sülh müqaviləsi ilə bağlı danışıqlar dayandı, amma gündəmdən çıxarılmadı. Qarabağ mövzusu beynəlmiləlləşdi, lakin sülh prosesinin ayrılmaz hissəsinə çevrilmədi.

Üstəlik, “Vardanyan layihəsi” Qarabağ ermənilərini birləşdirmək əvəzinə parçalanmasına səbəb oldu, ümidsizlik mühiti yaratdı. Həmçinin Qarabağdakı ermənilərə gəlir gətirən yeganə mənbənin -mədənlərin işinin dayandırılmasına səbəb oldu”. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam