Redaktor seçimi
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Günün xəbəri

Polşa Ukraynaya PT-91 Twardy tankları göndərəcək

Polşa 14 Leopard 2 tankından əlavə 60 PT-91 tankını (T-72-nin təkmilləşdirilmiş versiyası) Ukraynaya təhvil verməyə hazırdır.

Bu barədə Polşanın Baş naziri Mateuş Moravetski CTV News telekanalına müsahibəsində bildirib.

“Yenixeber.org”  antikor.com.ua-ya istinadən məlumat verir ki, Qərbin “Leopard 2” tankları ilə bağlı qərarını şərh edən Moravetski, Polşanın müttəfiqlərini Ukraynanı daha fəal dəstəkləməyə inandıra bildiyinə sevindiyini bildirib.

“Biz nümunə göstərməyə çalışırıq. Polşa ilk olaraq altı ay əvvəl və ya daha çox 250 tank göndərdi. İndi biz 14 Leopard 2 tankına əlavə olaraq 60 modernləşdirilmiş PT-91 tankımızı da göndərməyə hazırıq”, - deyə, Polşanın baş naziri bildirib.

O xatırladıb: Qərb Ukraynanın məğlub olmasını istəmirsə, ona dəstək verməkdə daha açıq və cəsarətli olmaq lazımdır. Ukrayna öz suverenliyini müdafiə edə bilməsə, Morawiecki deyib ki, bu, Kremlin Rusiya imperiyasını bərpa etmək üçün çılğın strategiyasının ilk addımı olacaq.

 

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam