Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

Tramp Ukraynadakı münaqişəni bir gündə sülh yolu ilə həll etmək imkanını açıqlayıb

 

Tramp Ukraynadakı münaqişəni bir gündə sülh yolu ilə həll etmək imkanını açıqlayıb

ABŞ-ın keçmiş prezidenti Tramp: Ukraynadakı münaqişəni bir günə bitirməyə razılaşa bilərəm.

“Yenixeber.org”  iz.ru-ya istinadən məlumat verir ki, ABŞ-ın keçmiş prezidenti və biznesmen Donald Tramp Ağ Evin sahibi olsaydı, Ukraynadakı münaqişəni bir gündə sülh yolu ilə həll edə biləcəyinə inandırıb.

“Mən prezident olsaydım, Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişə heç vaxt baş verməzdi. Ancaq indi də, əgər mən prezident olsaydım, 24 saat ərzində bu dəhşətli və sürətlə artan vəziyyətə son qoymaq üçün danışıqlar apara bilərdim "deyə o, yanvarın 26-da Truth Social-da yazib.

Eyni zamanda Tramp bildirib ki, müasir Qərb tanklarının Kiyevə ötürülməsi Ukrayna münaqişəsinin nüvə müstəvisinə keçməsinə gətirib çıxara bilər.

Bundan əvvəl, 2022-ci il oktyabrın 8-də Tramp Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasına səbəb ABŞ-ın hazırkı prezidenti Co Bayden hökumətinin ritorikası olduğunu bildirmişdi. O, qeyd edib ki, prezident olsaydı, münaqişə baş verməzdi.

Həmin gün Tramp ABŞ-ın Ukraynadakı münaqişənin sülh yolu ilə dayandırılması üçün təcili danışıqlar tələb etməsinin vacibliyini, əks halda bunun üçüncü dünya müharibəsinə çevrilə biləcəyini bəyan edib. Keçmiş Amerika liderinin sözlərinə görə, bu gün insanlar nüvə silahından danışarkən atom enerjisinin gücünü başa düşmürlər.

Tərcümə etdi: Səadət Sultan

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam