Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

"Daxili xidmətlə bağlı yoxlamalardır, hər qurumda aparılır" -Rəsmi


Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar başlaması ilə bağlı məlumat yayılıb. Yerli KİV-də yayılan məlumata əsasən, yoxlamalar Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri tərəfindən aparılır. Bu məlumatın qurum tərəfindən təsdiqləndiyi bildirilir.

Yenixeber.org: Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən cavab verilib və bildirib ki, burada söhbət hər hansı fövqəladə yoxlamadan getmir:
“Bu tip yoxlamalar mütəmadi olaraq hər qurumda aparılır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də tabeli qurum olduğu üçün orada da yoxlamalar aparılır. Səfərbərlik xidmətinin daxili xidməti ilə bağlı yoxlamalardır. Tərəfimizdən bu barədə heç bir məlumat yayılmayıb. Məlumat haradan, necə çıxıb, bilmirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam