Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Şirkətdəki münaqişə səbəbindən World of Warcraft-ın Çin serverləri fəaliyyətini dayandıracaq

 

 

Çin bazarı bir çox şirkətlər üçün son dərəcə cəlbedicidir, lakin Blizzard onu itirə bilər

“Yenixeber.org”  Bloomberg-ə  istinadən məlumat verir ki, kütləvi şəkildə multiplayer onlayn RPG World of Warcraft Çin Xalq Respublikasında fəaliyyətini dayandırır.

Bu qərarın təfərrüatları açıqlanmasa da, məlumdur ki, Amerika şirkəti Blizzard ilə onların çinli ortağı NetEase arasında münaqişə yaranıb. Nəticədə 14 illik əməkdaşlıqdan sonra WoW serverləri Çində fəaliyyətini dayandıracaq.

Qeyd olunur ki, Çində World of Warcraft ilə yanaşı, digər məşhur multiplayer oyunları da fəaliyyətini dayandıracaq. Onların arasında Overwatch, Diablo, Hearthstone var.

Bununla belə, Blizzard ümid edir ki, bunlar müvəqqəti çətinliklərdir və WoW tezliklə yenidən Çin oyunçuları üçün əlçatan olacaq. Bununla əlaqədar olaraq, oyunçular hesablarına görə təlaşa düşməməyə çağırılır - onlar xilas olacaq və serverlər yenidən işə başlayanda oyunları davam etmək mümkün olacaq.

 Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam