Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Davosda azərbaycanlı ekofəallara dəstək nümayiş etdirilib

 

İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumu çərçivəsində Şuşa-Xankəndi yolunda dinc aksiya keçirən azərbaycanlı ekofəallara dəstək nümayiş etdirilib.

Yenixeber.org: Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, azərbaycanlı fəallar Green Up təşkilatının Davosun mərkəzindəki Promenade küçəsində keçirdiyi dinc aksiyada iştirak ediblər.

Soydaşlarımız hazırda Şuşa-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəallar və vətəndaş cəmiyyəti nümayəndələri ilə həmrəylik göstərərək, onların irəli sürdükləri tələbləri əks etdirən plakatları nümayiş etdiriblər.

Bundan başqa, küçə boyu yerləşdirilən şüarlar arasında “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarını dayandırın!”, “Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!” tələbləri də yer alıb.

Şuşa-Xankəndi yolundakı aksiya ilə maraqlanan insanlara hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərin Ermənistan tərəfindən qanunsuz istismar edilməsi, mövcud vəziyyətinAzərbaycan ictimaiyyətində haqlı olaraq narazılıq doğurduğu barədə ətraflı məlumat verilib.

“Təbiətin yenidən canlanması üçün investisiyanın cəlb edilməsi” (Revamping İnvestment for Regenerating Nature) mövzusunda Davosda keçirilən tədbirdə çıxış edən İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü, Cenevrə Universitetinin elmlər doktoru Tural Əliyev yaşıl texnologiyaların və infrastrukturun tətbiqi və təbii resurslardan dayanıqlı istifadəyə diqqəti cəlb edib.

Bildirib ki, təbii resurslardan dayanıqlı və qanunsuz istifadə olanda bu, ətraf mühitə vurulan ziyana görə əhali arasında narazılığa səbəb olur. Azərbaycanlı alim hazırda Azərbaycan və Almaniya ərazilərində keçirilən aksiyaları buna nümunə göstərib.

BMT, Avropa Birliyi və Cenevrə Universitetinin birgə təşkil etdiyi tədbir çərçivəsində ekofəalların tələblərini əks etdirən plakatlar və bukletlər nümayiş etdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam