Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin təqvimi ilə Yeni ilin gəlişi münasibətilə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlyıb.
Yenixeber.org:  Məktubda deyilir: “Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Çin təqvimi ilə Yeni ilin gəlişini qeyd edən bu bayram minilliklərin sınağından çıxmış həyat fəlsəfəsinin dolğun təcəssümüdür. Təbiətə yeni görkəm və canlanma, insanlara yeni ruh gətirən bu bahar bayramının dost xalqınıza və ölkənizə xoş günlər, əmin-amanlıq və ruzi-bərəkət bəxş etməsini arzulayıram.
Fürsətdən istifadə edərək Azərbaycan ilə Çin arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin bundan sonra da birgə səylərimizlə uğurla inkişaf etdirmək və genişləndirmək əzmində olduğumu bildirirəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam