Sabah NATO Hərbi Komitəsinin Baş Qərargah rəislərinin iclası keçiriləcək
Sabah, yanvarın 19-da NATO Hərbi Komitəsinin Baş Qərargah rəislərinin iclası keçiriləcək.
Yenixeber.org: Bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.
İclas qurumun Belçikanın paytaxtı Brüssel şəhərindəki mənzil-qərargahında keçiriləcək.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı da iclasda iştirak edəcək. O, toplantıya videoəlaqə vasitəsilə qoşulacaq.
İclasda Rusiya-Ukrayna müharibəsinin müzakirə olunacağı, həmçinin savaşla bağlı mühüm qərarların qəbul olunacağı gözlənilir.