Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Polis “Papanin” və “Kubinka”da əməliyyat keçirdi -Video


Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvani, Asəf Zeynallı və Namiq Məlikov küçələrində əməliyyatlar keçirilib.
Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 7 nəfər - Davud Rəhimov, Üzeyir Qurbanov, Məhəmməd Mirzəyev, Ceyhun Əliheydərov, Rafus Mustafayev, Vüqar Səfərov və Ruslan Məmmədov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam