Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Deputat Sahib Alıyev fransız spikerə müraciət etdi:"Sizi İrəvandan cəmisi iki saatlıq məsafədə yerləşən doğulduğum kəndə dəvət edirəm"

Azərbaycanlı deputat fransız spikeri kəndinə DƏVƏT ETDİ

Azərbaycan Milli Məclisnin deputatı Sahib Alıyev Fransa Milli Assambleyasının Ermənistanda səfərdə olan sədri Yael Bron-Piveni doğulduğu kəndə dəvət edib.
Yenixeber.org: Sahib Alıyev xanım Piveyə müraciətində yazıb:
“Fransa Milli Məclisinin hörmətli xanım sədri, Ermənistanda səfərdə olmanızı nəzərə alaraq Sizi İrəvandan cəmisi iki saatlıq məsafədə yerləşən Göyçə mahalının Aşağı Şorca kəndinə dəvət etmək istəyirəm. Amma üzrlü sayın ki, mən doğulduğum o kənddə Sizi qarşılaya bilməyəcəm. Çünki Ermənistanın avtoxton əhalisi olan yüz minlərlə azərbaycanlı kimi bizim ailəmiz də oradan deportasiya edilib. Və orasını da üzrlü sayın ki, Sizi evimizə də dəvət etmək mümkün deyil. Evimiz də yoxdur, son daşına kimi sökülüb aparılıb

Ümumiyyətlə, sevimli haylarınız Qarabağ və Şərqi Zəngəzurun işğal altında olmuş yüzlərlə qəsəbələrini necə dağıdıblarsa, Ermənistanda azərbaycanlılar yaşamış bir çox kəndləri də təqribən o vəziyyətə salıblar. İstənilən halda əziyyət də olsa, ora getməniz məsləhətdir. Onsuz da biz Fransadan ədalət gözləmirik, amma bu səfər ən azından regiondakı vəziyyəti dəqiq bilmək, dəstəklədiyiniz hayları lap yaxşı tanımaq və boyunlarına daha böyük minnət qoymaq baxımından işinizə yaraya bilər. 

Fransa Milli Məclisinin hörmətli xanım sədri, sonda xahiş edirəm ki, kəndimizdəki acınacaqlı mənzərəni görəndə ürəyiniz heç üzülməsin. İşğaldan azad edilmiş torpaqlarımızda olduğu kimi,  Ermənistanın azərbaycanlılar yaşamış kəndlərində də quruculuq işləri gedəcək, əmin-amanlıq yaradılacaq. Onu biz edəcəyik, o torpaqlardan deportasiya olunanlar.

Ancaq o zaman Sizi və indi Fransaya rəhbərlik edənlərin heç birini kəndimizdə görmək istəməzdim. Səbəbini özünüz yaxşı bilirsiniz.
Azərbaycan Milli Məclisinin deputatı Sahib Alıyev”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam