Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Prezidentin xüsusi nümayəndəsi Qubadlı ictimaiyyətinin nümayəndələri ilə görüşüb

 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edilmiş Vahid Hacıyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Yenixeber.org: Görüş Qubadlı Rayon İcra Hakimiyyətində keçirilib.

Görüşdə Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqov, İcra Hakimiyyətinin əməkdaşları, Qubadlı rayon ziyalıları və geniş ictimaiyyət nümayəndələri iştirak ediblər.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki qazanılan Zəfərin tarixi əhəmiyyətindən söz açan Vahid Hacıyev, zəfərdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə görülmüş irimiqyaslı bərpa-quruculuq işlərindən danışıb.

Prezidentin xüsusi nümayəndəsi Qubadlı rayonunda aparılacaq bərpa-quruculuq işləri, Qubadlı kəndlərinin yenidən qurulması və burada mövcud olmuş iqtisadiyyat sahələrinin dirçəldilməsi üçün görüləcək işlər haqqında Qubadlı rayon ictimaiyyətinin nümayəndələrinə ətraflı məlumat verib.

O, həmçinin, “Böyük Qayıdış”ın ilk qədəmlərinin qoyulduğu Zəngilan rayonu Ağalı kəndinə keçmiş məcburi köçkünlərin artıq köçürülməsindən və bu prosesin davalı olaraq bütün Şərqi Zəngəzurda, o cümlədən Qubadlı rayonunda həyata keçiriləcəyindən söz açıb.

Sonra xüsusi nümayəndəliyin əməkdaşları Qubadlı Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış zəngin tarixi və mədəni irsə sahib Qubadlı rayon muzeyi ilə tanış olublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam