Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AZAL indiyədək Ermənistana 144 min avro ödəyib -AÇIQLAMA

AZAL indiyədək Ermənistana 144 min avro ödəyib
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2022-ci ildə hava məkanından istifadəyə görə Ermənistana təqribən 112 min avro ödəyib.
Yenixeber.org: Bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, AZAL yanvarın 1-dən noyabrın 30-dək Ermənistanın hava məkanı vasitəsilə uçuşlar üçün "Armaeronavigatsiya" QSC-yə 111 927,22 avro köçürüb.
"Transfer müəyyən olunmuş qaydada EUROCONTROL (Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı - red.) beynəlxalq təşkilatının marşrut tarifləri üzrə mərkəzi ofis vasitəsilə həyata keçirilib”, - məlumatda deyilir.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” 2021-ci il oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. 2021-ci il oktyabrın 6-dan 2021-ci il dekabrın 31-dək AZAL Ermənistana aeronaviqasiya xidmətləri üçün təxminən 32 min avro ödəyib.("Sputnik Ermənistan")

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam