Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Pakistanda bazarda partlayış:12 nəfər ölüb

Pakistanda bazarda partlayış:    12 nəfər ölüb  
Pakistanın Bəlucistan əyalətinin Lasbela şəhərində bazarda qaz balonunun partlaması nəticəsində azı 12 nəfər ölüb, 13 nəfər yanıb.
Yenixeber.org:  Bu barədə Geo telekanalı məlumat yayıb.

Bildirilib ki, qaz balonu şəhərin əsas bazarındakı mağazada yanacaq doldurarkən partlayıb. Partlayış nəticəsində yaxınlıqdakı binalar, mağazalar və yaxınlıqda dayanmış iyirmiyə yaxın motosiklet zədələnib.

Lasbela polis komissarının müavini Murad Kasi jurnalistlərə bildirib ki, "Balonun partlaması nəticəsində mağazanın sahibi də daxil olmaqla ən azı 25 nəfər yanıb".

Yaralılardan 12-si müalicə zamanı dünyasını dəyişib. Həkimlərin sözlərinə görə, bir neçə yaralının vəziyyəti ağırdır, onlar bədənin 70-90%-i yanıq xəsarətləri alıblar.

Şəhər polisi hadisə ilə bağlı araşdırma aparır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam