Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Azərbaycan miqrantların hüquqlarının müdafiəsinə diqqətlə yanaşır” -RƏSMİ

 

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi daim Azərbaycanın diqqət mərkəzindədir”.

Yenixeber.org: Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Bakıda “Azərbaycanda miqrantlar: bərabərlik, müxtəliflik və inklüzivlik” mövzusunda keçirilən tədbirdə deyib.

O, dünyada miqrantların sayının kəskin artdığını qeyd edib: "Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, əgər 2000-ci ildə dünyada 100 milyon miqrant var idisə, hazırda bu say 282 milyon nəfərə yüksəlib".

V.Hüseynov bugünkü tədbirin miqrasiya sahəsində mövcud problemləri müzakirə etməyə imkan verəcəyini bildirib.

Dövlət Miqrasiya Xidməti və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və əməkdaşları, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, o cümlədən ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində “Azərbaycanda miqrasiya sizin obyektivdə” adlı foto müsabiqənin qaliblərinin mükafatlandırılması və ölkəmizdə yaşayan əcnəbilərin çıxışları nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam