Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MİQRASİYA GENERALI BARƏDƏ İLGİNC İTTİHAMLAR

 

Dövlət Miqrasiya Xidmətinin rəisinin sensasion “əməliyyat”ları; “Firudin Nəbiyevin işçiləri səlahiyyət hədlərini aşaraq əcnəbiləri gecə ikən girov götürürlər” 

"Xeberinfo.com":  Məlumata görə, Dövlət Miqrasiya Xidmətində (DMX) baş verən qanunsuzluqlar, rəhbər şəxslərin özfəaliyyəti ilə bağlı “Yeni Müsavat”a növbəti məktub daxil olub. Məktubda yazılır ki, DMX-nin Baş İdarə rəisi Rövşən Səfərov və onun rəhbərlik elədiyi idarə öz səlahiyyət hədlərini aşır, faktiki olaraq hərbi-səhra tribunalı kimi aparır: 

“Bu gün Rövşən Səfərov və qurduğu şəbəkə özlərini Miqrasiya Xidmətinin əməkdaşları kimi deyil, sanki hərbiləşmiş qurumun nümayəndələri kimi aparırlar. Axı nə vaxtdan DMX əməliyyat-axtarış fəaliyyətinin subyektidir? Bunlara kim icazə verib ki, xəbərsiz, sahibinin icazəsi olmadan obyektlərə basqın edirlər? DMX-nin şöbə müdiri Qüdrət Məmmədovun rəhbərlik etdiyi qrup gecə vaxtı Türkiyə vətəndaşlarının yaşadığı mənzilə gedir və zorla onların əl-qolunu burub avtomobilə basır, mobil telefonlarını əlindən alaraq Bakı Regional Miqrasiya idarəsinə gətirir.
 
 Türk vətəndaşlarının vəkil və ölkəsinin konsulunu tələb etməsinə baxmayaraq gecə saatlarında R.Səfərov və Q.Məmmədov cütlüyü əcnəbi vətəndaşlara insanlığa sığmayan hərəkətlər edirlər. Heç bir məhkəmə qərarı olmadan gecə saatlarında əcnəbilərdən qanunsuz izahatlar alınır və səhəri gün əcnəbilər R.Səfərovun şəxsi ofisinə dəvət edilir, onları deportasiya etməklə hədələyirlər. Həmin əcnəbilərin çoxu ”Paşa İnşaat", “”Azersun holdinq", “DİA” holdinqdə çalışan türklərdir. Onları sanki “ikinci Hacı Məmmədov bandası” kimi girov götürüb pul alıb buraxırlar. Qanunla əcnəbi vətəndaş DMX-nin iş saatlarında dindirilə bilər. Əcnəbi vətəndaş vəkil və tərcüməçi ilə təmin edilməli, eyni zamanda mənsub olduğu ölkənin səfirliyinin nümayəndəsi dəvət edilməlidir. 
 
 
Bu “cütlüyün” qanunsuz əməliyyatları pul tələsidir və nəticədə özlərinə bir pay çatırsa, DMX-nin rəisi Firudin Nəbiyevin “büdcəsi” şişir və obyektlərinin sayı artır. DMX hərbiləşmiş qurum deyil və xidməti əsasnaməsində də əməkdaşların gecə toplantısı nəzərdə tutulmayıb ki, R. Səfərov tabeçiliyində olan əməkdaşların gecə toplantısına əmr versin. R.Səfərova bu boyda məsuliyyətli bir dövlət vəzifəsi həvalə olunub. O, dəfələrlə gecə saat 2-3 radələrində içkili vəziyyətdə idarəyə gələrək şəxsi xidməti otağından hotel kimi istifadə edib. Bütün bunlar yəqin ki, idarənin dəhlizlərində yerləşən müşahidə kameralarında da öz əksini tapa bilər".
 
Məktubda Rövşən Səfərovun tabeliyində olan xanım əməkdaşlara qarşı davranışları haqda da yazılıb. Amma onlar şəxsi həyata aid olduğundan onları dərc etməyi etik hesab etmirik. 
Məktubda daha sonra yazılır ki, Firudin Nəbiyev DMX-dən əksər peşəkar kadrları uzaqlaşdırıb, onların yerinə öz qohum-əqrəbasını toplayıb: 
“Onun kadr siyasətinə diqqət edin: 
İşdən çıxardıqları: 
- Polkovnik, müharibə iştirakçısı, Miqrasiya Xidmətinin qurucularından olan, iki qardaşı şəhid olmuş Yunus Əsgərli;
 
- Polkovnik, uzun illər polis orqanlarında şərəflə xidmət edən, müharibə iştirakçısı, xeyli müddət DMX-də çalışmış Zakir Məmmədov; 
 
- Polkovnik, Baş RMİ-nin keçmiş rəisi, hüquqşünas, xidmətin yaradıcılarından biri olan Muxtar Məmmədov: 
 
-  DMX-də İmiqrasiya Nəzarəti şöbəsinin rəisi işləmiş, hüquqşünas, iqtisadçı, Dövlət qulluğunda fərqlənməyə görə prezident mükafatçısı Toğrul Əliyev;
 
- DMX-də Vətəndaşlıq İdarəsinin rəisi işləmiş elmlər namizədi, yüksək intellektli, xarici dil bilikləri, beynəlxalq layihələrin icrası üzrə ekspert Elnur Abbaszadə;
 
- Deportasiya şöbəsinin keçmiş rəisi, polkovnik, xaricdə təhsil almış, miqrasiya orqanlarının fəaliyyətində peşəkar fəaliyyət göstərmiş, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinin qarşısının alınmasında şücaətlər göstərmiş, qardaşları Daşaltı və Qarabağ döyüşlərində iştirak etmiş Əfrasuv Aşurbəyov.
 
Onları işdən azad edən Firudin Nəbiyev DMX-də aşağıdakı adamları işə götürüb:
 
- Rövşən Səfərov - Baş İdarə rəisi, Firudin Nəbiyevin qohumu, savadı və idarəçiliyi olmayan, Dövlət Sərhəd Xidmətindən uzaqlaşdırılmış zabit;
 
- Hidayət Rüstəmov - Heç bir xüsusi xidmətləri olmayan zabit (DMX-də Firudin Nəbiyevin pul yığanı kimi tanınır);
 
- İntiqam Məmmədov: Baş RMİ-nin rəisi, polkovnik-biznesmen (şadlıq evləri və imarətlər şəbəkəsi var) Firudin Nəbiyevin kirvəsi və biznez şəriki. (Hazırda intiqam Məmmədov idarə daxilində MMC yaradaraq ölkəyə gələn 10 minə yaxın miqrantdan qanunvericilikdə nəzərdə tutulmadığı halda 5 AZN məbləğində pul yığır);
 
- Qüdrət Məmmədov - DMX-nin şöbə rəisi, polkovnik, DSX-dən təqaüdə çıxmış zabit. (DMX-də Türkiyə vətəndaşlarına qarşı qəddarlıq nümayiş etdirir); 
 
- Cəmil Hüseynov -  DMX-nin Vətəndaşlıq idarəsinin rəisi, kapitan.  Bitirdiyi universitetin adı və ünvanı məlum deyil. DMX-nin rəis müavini Pərviz Musayevlə yaxın olduğu üçün bu mühüm posta gətirilib; 
- Vüqar Zeynalov -  DMX-nin şöbə rəisi, Firudin Nəbiyevin sürücüsünün yaxın qohumu. Bir Çin vətəndaşının (sahibkarın) döyülməsində iştirak edən 3 DMX əməkdaşından biridir. Digər iki nəfər cəzalandırılsa da, Vüqar Zeynalova heç nə deyilmədi. Eyni zamanda şirkətlərin birində bu yaxınlarda keçirilmiş yoxlama zamanı rüşvət tələb etmələrinə görə işdən uzaqlaşdırılan DMX-nin keçmiş əməkdaşları - Fariz Hacıyev və Elman Kərimovla birlikdə olan Vüqar Zeynalov bu dəfə də cəzasız qaldı. Həmçinin Bakı şəhərində fəaliyyət göstərən “Piramida İnşaat” MMC-də Vüqar Zeynalov və Natiq İbrahimov adlı əməkdaşla birlikdə “yoxlama” keçiriblər, tələb etdiyi məbləği ala bilməyiblər. Bundan sonra həmin çirkəti qanunsuz olaraq cərimələyiblər. Bu “əməliyyat”dan sonra Vüqar Zeynalov şöbə rəisi vəzifəsi ilə mükafatlandırıldı".
Məktubda həmçinin iddia edilir ki, Firudin Nəbiyev Bakı Regional Miqrasiya İdarəsinə rəhbər təyin etdiyi İntiqam Məmmədovun vasitəsilə onlara yaxın olan - Bakı Ağır Cinayətlər Məhkəməsinin əməkdaşı Vüqar Qasımova məxsus olan “İnnovativ MMC” şirkətini DMX ilə əməkdaşlığa cəlb edib: “Guya əcnəbilərə hüquqi yardım göstərilməsi məqsədilə DMX-də əməkdaşlığa cəlb edilmiş şirkətə Vüqar Qasımovun bölgələrdən tanıdığı 20-30 nəfər savadsız adamlar ”təlim" keçirilməklə pul yığmaq üçün hazırlandılar. Onları DMX-nin regional şöbələrində kabinetlərə yerləşdiriblər, regional rəislərə tapşırıq verilib ki, bunlara heç kim heç nə deyə bilməz, onların işlərinə müdaxilə oluna bilməz, kim buna cəsarət etsə axırı yaxşı nəticələnməyəcək.  2012-ci ildən bu günədək Vüqar Qasımovun qeyri-qanuni pul yığanları fəaliyyət göstərir və onlarla heç bir orqan maraqlanmır.  Buradan yığılan pulların - il ərzində təxminən 5 milyon manatın yarısı Firudin Nəbiyevə çatır. Hansı ki, dünyanın heç yerində DMX-də hüquqi yardım pulla göstərilmir".

 

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Musavat.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam