Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin olunub -FOTO

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin olunub - FOTO

BMT-nin Baş katibi Antonio Quterreş Şimali Makedoniyadan olan Vladanka Andreyevanı təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi təyin edib.

Yenixeber.org: Bu barədə BMT-dən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan hökuməti təyinata razılıq verib.

Xanım Andreyeva BMT-də, habelə Avropa və Asiya ölkələrində icra etdiyi müxtəlif vəzifələr sayəsində beynəlxalq inkişaf, humanitar fəaliyyətlərin əlaqələndirilməsi, vəkillik və tərəfdaşlığın qurulması sahələrində 21 illik təcrübəyə malikdir. Yeni təyinatından əvvəl Kambocada BMT-nin HİV/AİDS üzrə Birləşmiş Proqramının (UNAİDS) rəhbəri olmuş Vladanka Andreyeva eyni zamanda BMT-nin həmin ölkədəki İdarə Heyətinin COVİD-19 pandemiyası ilə bağlı hazırlıq və cavab tədbirlərinə cavabdeh olan qrupuna başçılıq edib.

O, həmçinin dəlillərə və insan hüquqlarına əsaslanan, eləcə də gender məsələlərinə həssas proqramların icrasını gücləndirmək üçün UNAİDS-in Asiya-Sakit Okean regional ofisində strateji müdaxilə üzrə müşavir, UNAİDS-in Vyetnamdakı nümayəndəliyində monitorinq və qiymətləndirmə komandasının rəhbəri, BMT-nin İnkişaf Proqramında (BMTİP) Avropa və MDB ölkələri üzrə müşavir, habelə BMT-nin Şimali Makedoniyadakı rezident əlaqələndiricisinin müşaviri olub. Bundan öncə isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Humanitar Fəaliyyətlərin Əlaqələndirilməsi Ofisində (OCHA) çalışıb.

BMT-dən əvvəl Pharmaciens Sans Frontières qeyri-kommersiya təşkilatında çalışan xanım Andreyeva qaçqınlara humanitar yardımların göstərilməsini əlaqələndirib. Şimali Makedoniyanın Müqəddəs Kiril və Mefodiy Universitetində təhsil almış Vladanka Andreyeva stomatologiya sahəsində bakalavr, ictimai səhiyyə sahəsində isə magistr dərəcələrinə yiyələnib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam