Şuşada TDT-nin diaspor sahəsinə cavabdeh olan nazirlərinin iclası keçiriləcək
Şuşa və Bakıda Türk Dövlətləri Təşkilatının diaspor sahəsinə cavabdeh olan nazirlərinin iclası keçiriləcək.
Yenixeber.org: Bu barədə TDT-dən məlumat yayılıb.
Qeyd olunub ki, tədbir 20-21 dekabrda təşkil olunacaq.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan daxildir. Macarıstan, Türkmənsitan və Şimali Kipr isə qurumun müşahidəçi üzvüdür.