Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Mahmud Məmmədquliyev:“Ermənistan UNESCO missiyasının Azərbaycana göndərilməsinə mane olub”

 

“Azərbaycan dəfələrlə işğaldan azad edilmiş ərazilərə UNESCO-nun texniki missiyasını dəvət etsə də, Ermənistan tərəfi bunun baş tutmasına mane olub”.

Yenixeber.org:  Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.

Nazir müavini İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) bu ilin əvvəlində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texniki missiya göndərdiyini xatırladıb.

M.Məmmədquliyev bildirib ki, Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə mədəni və tarixi abidələrin dağıdılmasının qiymətləndirilməsi üçün UNESCO-nun texniki missiyasının göndərilməsinə tərəfdardır: “Biz istəyirik ki, Ermənistan bu prosesə mane olmasın”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam