Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Prezidentin gəlininin libası özəl hazırlanıb

Prezidentin gəlininin libası özəl hazırlanıb   
Ötən həftə Prezident İlham Əliyevin oğlu Heydər Əliyev ailə həyatı qurub. Dəbdəbədən uzaq, sadə keçirilən toy mərasimi hamının böyük marağına səbəb olub. Xüsusilə gəlinin sadə gül buketi və libası çoxlarının diqqətini çəkib.
Yenixeber.org: Gəlinliyin “Vegul”da hazırlanması barədə artıq məlumatlar paylaşılıb. Bu haqda moda evi “Instagram” hesabında paylaşım edərək, ailəyə onları seçdiyi üçün təşəkkürünü bildirib.

Moda evindən bildirilib ki, libas gəlinə özəl olaraq hazırlanıb.

Çiçək isə “Ağ çiçəyim” gül salonundandır. Bu haqda salonun sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd edək ki, Heydər Əliyevin ailə həyatı qurması barədə məlumatı Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında paylaşıb. "Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan Sevgi və Hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun", - deyə Mehriban Əliyeva paylaşımında bildirmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam