Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

NATO-da Çinlə bağlı kritik müzakirə

 Rumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin sammitinin ikinci günündə Çinlə münasibətlər müzakirə mövzusu olacaq.

Yenixeber.org: İki gün davam edən sammitin son günüdür.

Bildirilib ki, NATO Çini düşmən olaraq görməsə də, son illər bu ölkənin hərbi xərclərini artırması və nüvə silahı kimi silahların müxtəlifliyini artırması və Rusiya ilə yaxın əlaqələri narahatlıq doğurur.

Qeyd olunub ki, iqtisadi baxımdan Çinlə əlaqələrin davam etdirilməsində maraqlı olan NATO Rusiya-Ukrayna müharibəsində Çinin Rusiya üzərindəki təsirindən istifadə edə biləcəyini dəyərləndirir.

Bu gün həmçinin Rusiyanın təzyiqlərinə məruz qalan NATO-nun tərəfdaşları ilə bağlı məsələ müzakirə olunacaq. Bu toplantıya Gürcüstan, Moldova, Bosniya və Herseqovina XİN başçıları da qatılacaq. Daha sonra terror təhlükəsi ilə bağlı müzakirələrin aparılması planlaşdırılır.

Xatırladaq ki, sammit çərçivəsində keçirilən dünənki toplantıda Rusiya-Ukrayna müharibəsi əsas mövzu olmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam