Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

NATO polkovniki:“Azərbaycan Silahlı Qüvvələri böyük tərəqqiyə nail olub”

 

“Azərbaycan Silahlı Qüvvələri (SQ) böyük tərəqqiyə nail olub”.

Yenixeber.org:  Bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Qərargahının (SHAPE) nümayəndəsi polkovnik İqor Tabulov-Truta Bakıda keçirilən “NATO günləri”ndə deyib.

"Nail olduğu böyük tərəqqiyə görə Azərbaycan Silahlı Qüvvələrini təbrik etmək istəyirəm. Silahlı Qüvvələrin müxtəlif komponentləri Əməliyyat Potensialı Konsepsiyası sayəsində uğurla tam döyüş qabiliyyəti səviyyəsinə çatıb. Bu, böyük nailiyyətdir", - polkovnik bildirib.

Onun sözlərinə görə, “NATO günləri” nəinki qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparmağa, həm də Azərbaycan Silahlı Qüvvələrində xidmət edən kişilərin, qadınların göstərdiyi peşəkarlıq və fədakarlıqla əyani tanış olmağa imkan verib.

"Azərbaycan NATO-nun güclü tərəfdaşı olub və olmaqda davam edir. Bu ölkənin NATO missiyalarına və əməliyyatlarına verdiyi töhfə həmişə əhəmiyyətli olub", - o vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində noyabrın 20-dən 25-dək Bakıda “NATO günləri” keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam