Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Azərbaycanda qızıl yenidən bahalanır –Son qiymətlər


Azərbaycanda qızılın qiyməti son 4 ayda ən yüksək səviyyəyə çatıb. 
Yenixeber.org: Mərkəzi Bank tərəfindən açıqlanan məlumata görə, bu gün - noyabr ayının 16-da qızılın 1 qramının qiyməti 97,15 manata bərabər olub. Qızılın qiyməti sonuncu dəfə avqust ayının 17-də bundan yüksək olub. Son 2 gündə isə qızılın qiyməti 0,5% artıb.

Onu da bildirək ki, son 12 il ərzində qızılın qiyməti 3 dəfədən çox artıb. Müqayisə üçün qeyd edək ki, 12 il əvvəl - 2010-cu ildə Azərbaycanda qızılın bir qramı 29 manat olub.
Məlumat üçün onu da qeyd edək ki, bu rəqəmlər qızılın Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətini göstərir. Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti daha yüksəkdir.
Qızılın qiyməti dünya bazarlarında da sürətlə bahalanmaqdadır. Hazırda birjalarda bir unsiya (31 qram) qızılın qiyməti 1782 dollara çatıb. İki gün əvvəl - noyabr ayının 14-də qızılın bir unsiyası birjalarda 1765 dollara satılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam