Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

AzTV “54 gün erməni mühasirəsində” adlı sənədli film çəkib

 

1993-cü il martın 31-dən mayın 23-dək erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlı daha bir sənədli film çəkilib.

Yenixeber.org: “54 gün erməni mühasirəsində” adlı ekran işi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Kinoproqramlar və Dublyaj redaksiyasında istehsal olunub.

Filmin çəkilişləri Laçın və Kəlbəcər rayonlarında aparılıb.

Ekran əsərinin quruluşçu rejissorları Nadir Diridağlı və Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir.

Film oktyabrın 31-də saat 21:30-da “Mədəniyyət” kanalında nümayiş etdiriləcək.

Xatırladaq ki, 1993-cü ilin mart ayının 31-dən may ayının 23-dək 19 nəfər - Əli Əliyev, Arif Zülfüqarov, Təvəkkül İbrahimov, qardaşı Muxtar İbrahimov, Əşrəf İlyasov, Şakir İsgəndərov, Bahadır Rzayev, onun qızı Sərmayə Rzayeva (Nübar) və oğlu Sahib Rzayev, Adıgözəl Həmzəyev, Adil Verdiyev, Şakir İsmayılov, Valeh Abdullayev, Ağamalı Mərdanov, Saleh Qasımov, Valeri Nemaşkalov, Vyaçeslav Şirəliyev, Mişa Doşevskiy, Saşa Ovçinnikov Laçın və Kəlbəcər rayonları ərazisində 54 gün erməni mühasirəsində qalıblar.

Qeyd edək ki, mühasirədə qalmış şəxslərdən biri olan Ə.Əliyev əzablı günlərdən bəhs edən "54 gün erməni mühasirəsində" kitabını yazıb. O, 2017-ci il iyulun 2-də vəfat edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam