İsrail səfiri Prezidentin köməkçisi ilə görüşüb
İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Yenixeber.org: Səfir bu barədə tviterdə yazıb.
O, H.Hacıyevlə ikitərəfli və regional məsələlər üzrə fikir mübadiəsi aparmaqdan məmnunluğunu bildirib.