Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya Azərbaycanla sərhəd-keçid məntəqələrini yenidən quracaq-2026-cı ilədək

Rusiya 2026-cı ilədək Azərbaycanla sərhəd-keçid məntəqələrinin yenidən qurulmasını yekunlaşdıracaq.

Yenixeber.org: Bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin dövlət sərhədindən buraxılış məntəqələrinin təşkili sahəsində Dövlət siyasəti departamentinin direktoru Mixail Kokoyev bildirib.

"Cari ilin sonuna kimi biz Yaraq-Kazmalyar keçid məntəqəsinin yenidən qurulmasının birinci mərhələsini başa çatdıracacağıq. Və onda bizim 1 000-ə qədər nəqliyyat vasitəsini buraxa biləcəyimiz 10 hərəkət zolağımız olacaq. Bundan əlavə, “Taqirkent-Kazmalyar” və “Novo-Filya” keçid məntəqələrinin tikintisinin layihələndirilməsi üzrə müqavilələr imzalanıb”, - M.Kokoyev deyib.

Kokoyevin sözlərinə görə, həmçinin 2023-cü ildə Tagirkent-Kazmalyar məntəqəsində yük daşımaları üçün iki əlavə zolağın tətbiqinə qərar verilib.

Qeyd edilir ki, Dağıstana işgüzar səfəri çərçivəsində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və respublikanın rəhbəri Sergey Melikov yenidən qurulmaqda olan “Yaraq-Kazmalyar” çoxtərəfli avtomobil keçid məntəqəsinə baxış keçiriblər.

Görülən işlər nəqliyyatın və turistlərin sayı baxımından keçid məntəqəsinin keçid qabiliyyətini təxminən 3 dəfə artıracaq. O cümlədən, yük dövriyyəsi ildə 2,3-2,9 milyon tona, potensial artım isə 3,5-4 milyon tona qədər artacaq. Eyni zamanda burada sərhədi keçmək üçün rahat şəraitin yaradılması nəzərdə tutulur.

2027-ci ilin sonuna qədər Rusiya bir sıra sərhəd keçidlərini, o cümlədən dəniz və dəmiryol keçidlərini modernləşdirməyi planlaşdırır.

“Yaraq-Kazmalyar” keçid məntəqəsi 2020-ci ilin iyul ayından yenidən qurulur. Nəzarət-keçid məntəqəsinin yenidən qurulmasında məqsəd onun buraxılış qabiliyyətinin artırılması, nəzarət prosedurlarının aparılması üçün vaxtın azaldılması, vətəndaşların sərhədi keçməsi üçün rahat şəraitin təmin edilməsidir.(“İnterfaks”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam