Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Əhməd Bakıxanovun 130 illiyi qeyd ediləcək

 

Əhməd Bakıxanovun 130 illiyi qeyd ediləcək.

Yenixeber.org: Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyi Xalq artisti Əhməd Bakıxanovun 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli və Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncamda 2022-ci ildə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun anadan olmasının 130 ilinin tamam olduğu bildirilib.

Qeyd olunub ki, Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib. Vurğulanıb ki, Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb.

Onun ifa etdiyi muğamların, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflərin parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutduğu bildirilib.

Həmçinin vurğulanıb ki, Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilib və ölkənin mədəni həyatında yaxından iştirak edib. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam