Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu il Energetika Nazirliyi və tabeli qurumlara 5 minədək müraciət daxil olub

 

Bu ilin 9 ayı ərzində Energetika Nazirliyinə və tabeliyində olan qurumlara 4 986 vətəndaş müraciəti daxil olub.

Yenixeber.org: Bu müraciətlərdən 4 223-ü müvafiq qaydada icra olunub, 332-si icradadır. 431 müraciət isə məlumat xarakterlidir.

Müraciətlər əsasən elektrik enerjisi və qaz təchizatı, elektrik avadanlıqlarının vəziyyəti, borc və cərimələr, sayğaclaşma, bərpa olunan enerji, təşəkkür və digər mövzularla bağlı olub.

Hesabat dövründə nazirlik və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 166 vətəndaş qəbul edilib və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bu dövrdə nazirliyin sosial şəbəkə hesabları vasitəsilə 76 müraciət daxil olub ki, bunlar aidiyyəti üzrə yönləndirilib, sorğu tipli müraciətlər isə birbaşa və ya müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam