Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Yazıçıların qurultayının keçirilməsi üçün AYB-yə 203 min manat pul ayrılıb

 

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayının keçirilməsi üçün 203,6 min manat vəsait ayırıb.

Yenixeber.org: Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, sözügedən məsələ ilə əlaqadar AYB tərəfindən birbaşa Mədəniyyət Nazirliyinə müraciət olunmayıb.

“Eyni zamanda qeyd edirik ki, yaradıcılıq ittifaqlarının il ərzində fəaliyyətinin təmin olunması məqsədilə müvafiq maliyyə vəsaitinin ayrılması aidiyyəti qurum tərəfindən həyata keçirilir.

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayının təşkili ilə bağlı oktyabrın 6-da 203,6 min manat vəsait birliyin hesabına köçürülüb”, - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, AYB-nin qurultayının bu il sentyabrın 30-da keçirilməsi planlaşdırılsa da, daha sonra təxirə salınmışdı. AYB sədri, Xalq yazıçısı Anar Rzayev qurultayın dəqiq tarixinin açıqlanmamasını vəsait problemi ilə əlaqələndirmişdi: “Pul köçürülən kimi dəqiq vaxt müəyyənləşəcək".

Yazıçıların qurultayının oktyabrın sonunadək keçirilməsi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam