Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Küçədəki uşağı evlərinə apardıq, orda anası ilə bir kişi və narkotik aşkarlandı” -Foto


“Bu gün saat 00.03 radələrində marketdən çıxarkən diqqətimi bir uşaq cəlb etdi, hiss olunurdu ki, şortik və qısa qol köynəkdə üşüdüyü üçün marketdə dayanıb kimi isə gözləyir. Belə bir vaxtda valideyni yanında olmayan uşağın həyatı üçün narahat olub ətrafdakı bir neçə nəfərlə maraqlanmağa başladım”.
Yenixeber.org: Bunu vəkil Vamiq Şükürov sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

O bildirib ki, çətinliklə olsa da, uşaqla ünsiyyətə keçə bilib:
“Uşaq hava almaq üçün bayıra çıxdığını dedi. Ona inanmayıb evlərinə apardıq, qapını döysək də, açan olmadı. Havaya uyğun olmayan, özü də çirkli paltarda və valideyn nəzarətindən kənarda bayıra çıxan uşağın qolunda xəsarət izlərini görüb polisə zəng etdik. Blokdan həyətə düşüb uşağı əraziyə gələn polisə təhvil verdik. Bizə deyə bilmədiyini polisə dedi, qolundakı xəsarəti atası vurubmuş. Polis binaya qalxıb qapını açdı və evdə bir qadınla kişini, masanın üzərində narkotik maddələri və tərəzini aşkar etdi. Qadın uşağın anasıymış. Kişi və narkotik maddələrin evində olmasından xəbərsiz olduğunu dedi. Polis qadın, kişi və uşağı idarəyə apardı”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yeniavaz.com-a bildirildi ki, müraciətlə ilə bağlı araşdırma aparılır.
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam