Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının Prezidentini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Arkadi Dvorkoviçi qəbul edib.

Yenixeber.org: Görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Ölkəmizdə idmanın digər növləri kimi, şahmatın inkişafına da dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirildi. Azərbaycanlı şahmatçıların beynəlxalq yarışlarda qazandığı uğurlar qeyd olundu.

Söhbət zamanı ötən ay Şuşada keçirilən Beynəlxalq şahmat turnirinin əhəmiyyətinə toxunuldu, oktyabrın 2-də Arkadi Dvorkoviçin Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışında iştirakından məmnunluq bildirildi.

Görüşdə gələcəkdə Azərbaycanda şahmat üzrə nəzərdə tutulan beynəlxalq əhəmiyyətli turnirlər barədə fikir mübadiləsi aparıldı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam