Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Tərtərdə iki nəfər minaya düşüb -YENİLƏNİB

 

Oktyabrın 1-də Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən “Üçüncü Sovxoz” adlı təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Yenixeber.org: Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu xəsarət alıb. Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən, ayaqları amputasiya edilib.

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

***

Tərtər rayonunun Qızıloba kəndində iki nəfər minaya düşüb.

Yenixeber.org:  Rayonun Səhləbad kənd sakinləri - 1976-cı il təvəllüdlü Bayramov Rafael Köçəri oğlu və 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu mina partlaması nəticəsində yaralanıb.

Kənd icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, minaya düşən hər iki şəxs ağır dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd olunub ki, hazırda yaralıların vəziyyətləri ağır olaraq qalır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam