Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

İlham Əliyev 6 prokurorluq əməkdaşına ali xüsusi rütbələr verib -SİYAHI

 

Azərbaycan Respublikası Prokurorluğunun altı əməkdaşına ali xüsusi rütbələr verilib. 

Yenixeber.org: Prezident İlham Əliyev sentyabrın 30-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Baş prokurorun birinci müavini Elçin Məmmədova, Baş prokurorun müavini Elmar Camalova, Baş prokurorun müavini Heydər Məmmədova, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova II dərəcəli dövlət ədliyyə müşaviri, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzova, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Xatırladaq ki, 1 oktyabr - Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günüdür. Ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair sərəncam imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam