Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

“PKK döyüşçüləri Naxçıvanla sərhədə yerləşdirilir”-İLGİNC


Cənubi Azərbaycan türklərindən olan araşdırmaçı Mesut Haray PKK-nın gündəminin Naxçıvan-Azərbaycan sərhədlərini bağlamaq olduğunu bildirib.
Yenixeber.org: Bu barədə “Türkiye” qəzetinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, Haray İranın illərdir PKK-PEJAK-ın Urmiya, Çaldıran, Salmas, Maku və Xoydakı təlim düşərgələrinə göz yumduğunu, son Qarabağ qələbəsindən sonra Naxçıvan-Azərbaycan-İran arasındakı Germi, Biləsuvar, Hiyav və Muğan bölgələrində PKK-PEJAK ünsürlərini yerləşdirdiyini dilə gətirib.
“Son zamanlar bu bölgələrə kürdlərin intensiv köçü müşahidə olunur. Bundan əlavə, PKK-PEJAK-a düşərgə sahəsi təsis edilir. İranda mərkəzi hakimiyyətin zəifləməsi və ya ortadan qalxması vəziyyətində Ağrı-Van (Ağrı və Van vilayətləri Naxçıvan Muxtar Respublikası ilə sərhədə yaxın ərazilərdə yerləşir - red.) sərhəd xəttinin İran tərəfindəki Üçnəviyədən başlayaraq Selmas, Xoy, Urmiyadan Şota qədər uzanan bölgələri ələ keçirməyi planlaşdırırlar. Bundan əlavə, onlar KYB və KDP ilə İraqa gedən Serdeşt, Bane, Mahabad, Piranşəhr və Sərdəşt marşrutuna birgə nəzarət edəcəklər. Bir sözlə, həm Türkiyənin İranla əlaqələri kəsiləcək, həm də İranda yaşayan Azərbaycan türklərinin bütün türk dünyası ilə təmas nöqtələrinə nəzarət edəcəklər”, - araşdırmaçı qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam