Redaktor seçimi
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Yaponiya konsulu Rusiyanı tərk edəcək-SƏBƏB

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib ki, Vladivostok şəhərindəki konsul Motoki Tatsunori sentyabrın 28-dək Rusiyanı tərk edəcək.

Yenixeber.org: "Prioritet olan təhlükəsizlik nöqteyi-nəzərindən onun sentyabrın 28-dək Rusiyanı tərk etməsi planlaşdırılır", - Nazirlər Kabinetinin baş katibi deyib.

Rusiya tərəfinin iddiasına görə, Tatsunori iki gün əvvəl məxfi məlumat alarkən saxlanılıb. Bu məlumatın konkret nədən ibarət olması barədə konkret məlumat yoxdur, lakin Rusiyanın Federal Təhlükəsizlik Xidməti bildirib ki, söhbət ölkənin Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığından gedir.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi onu “persona non-qrata” (arzuolunmaz şəxs-red) elan edib və 48 saat ərzində ölkədən çıxması barədə göstəriş verib.

Yaponiya isə buna etiraz edərək, Rusiyanın Tokiodakı səfiri Mixail Qaluzini Xarici İşlər Nazirliyinə çağırıb.

Tatsunori artıq sərbəst buraxılıb.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam