Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İraq parlamentinin sədri istefa verib-SƏBƏB

Məhəmməd əl-Halbusi bazar ertəsi İraq Nümayəndələr Şurasının (parlament) sədri vəzifəsini tərk etdiyini açıqlayıb.

Yenixeber.org: “Nümayəndələr Şurası dördüncü iclasını çərşənbə günü, sentyabrın 28-də keçirəcək. İclasın gündəliyinə əl-Halbusinin tutduğu vəzifədən istefası və parlament sədrinin birinci müavininin seçilməsi ilə bağlı səsvermə daxildir,- Nümayəndələr Şurası sədrinin qərarında deyilir.

Məlumata görə, qanunverici orqanın növbəti iclasının gündəliyindəki prioritet məsələlərdən biri respublika prezidentinin, eləcə də baş nazirin namizədliyi ilə bağlı səsvermə olacaq.

Qeyd edək ki, ötən ilin oktyabrında İraqda parlament seçkiləri keçirilib və nəticədə Sədr bloku parlamentdə ən böyük fraksiya olub. Məsud Bərzaninin Kürdüstan Demokratik Partiyası və Sünni Suverenlik Alyansı ilə koalisiyaya daxil olub. Buna baxmayaraq, əs-Sədrin əsas rəqibi olan Şiə Koordinasiya Qüvvələri alyansı onun koalisiyasının təşəbbüslərini əngəlləməyə və hökumətin qurulmasına mane ola bilib. Bu səbəbdən iyunun 10-da əs-Sədrin müavinləri qanunverici orqanın buraxılmasına və yeni seçkilərin keçirilməsinə nail olmağa çalışaraq parlamenti tərk etdiklərini bəyan ediblər. Onlar baş nazir Mustafa Əl-Kazıminin təşəbbüsü ilə vəziyyəti həll etmək üçün keçirilən siyasi qüvvələrin toplantılarını boykot edirlər.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam