Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Zaporojye AES fəaliyyətini tamamilə dayandırıb

Kernkraftwerk Saporischschja.JPG

Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası fəaliyyətini tamamilə dayandırıb.

Yenixeber.org: Bu barədə Ukrayna mətbuatı xəbər yayıb.

Qeyd edilir ki, yerli vaxtla saat 03:41-də Zaporojye Atom Elektrik Stansiyasının 6 nömrəli enerji bloku elektrik şəbəkəsindən ayrılıb. Onun soyudulması və soyuq vəziyyətə keçirilməsi üçün hazırlıq işləri aparılır.

Daha əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) yeganə işləyən reaktorun da fəaliyyətinin dayandırılmasını mümkün hesab edib.

Qeyd edilib ki, Enerqodar şəhərini qidalandıran enerji infrastrukturu İES-dəki paylayıcı stansiyanın atəşə tutulması nəticəsində məhv edilib. Bu, Enerqodarda işıqların tamamilə kəsilməsinə səbəb olub. Stansiyanın xarici enerjisinin bərpa olunacağına artıq inamı olmayan AES operatoru yeganə işləyən reaktorun işini dayandırılması variantını nəzərdən keçirir.

Bu halda bütün ZAES enerji bloklarının soyudulması da daxil olmaqla, stansiyanın fiziki və nüvə təhlükəsizliyi ilə bağlı həyati vacib funksiyaları təmin edəcək qəza durumları üçün nəzərdə tutulan dizel generatorlarından tamamilə asılı olacaq. Bu şərtlər altında, AEBA hesab edib ki, stansiya operatoru artıq xarici enerji təchizatını tam bərpa etmədən reaktorları yenidən işə sala bilməyəcək.

Qrossi ZAES bölgəsində bütün atışmaların dərhal dayandırılmasını tələb edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam