Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Sahibə Qafarova Özbəkistan Prezidenti ilə görüşüb

Yenixeber.org: Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Özbəkistanın dövlət başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsi qeyd olunaraq, əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyununda Özbəkistana tarixi səfərinin səmərəli nəticələri qeyd olunub, bu səfərin münasibətlərin daha da inkişafında yeni bir mərhələ təşkil etdiyi bildirilib. Qeyd olunub ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.

Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev onun da salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

O, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu qeyd edərək, bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan televiziyasına müsahibə verib. Parlamentin sədri müsahibədə Azərbaycan nümayəndə heyətinin Qadın Parlament Sədrlərinin 14-cü sammitində iştirakı, Azərbaycan-Özbəkistan əlaqələrinin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam