Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Vladimir Putin:"Bəziləri İrəvanı deyil, Bakını seçir"

 

“Üzrlü say Nikol, (Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edir- red.), Nikol cavab vermədən qabaq demək istəyirəm ki, Rusiyaya daha da çox erməni gəlib. 2 milyondan çox".

Yenixeber.org: Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda VII Şərqi İqtisadi Forumunda Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edərək bildirib.

Forumun plenar iclasının moderatoru İlya Doronov Ermənistanın Rusiyadan “əmək miqrantlarının axını” ilə üzləşdiyini qeyd edərək Nikol Paşinyandan rusiyalıların yerli cəmiyyətə necə uyğunlaşdığını və onların hansı rol oynadığını soruşub.

Ona cavab olaraq Vladimir Putin deyib: “Üzrlü say, Nikol. O cavab verənədək demək istəyirəm ki, Rusiyaya daha da çox erməni gəlib. 2 milyondan çox. Biz Rusiya biznesinə fayda verən hər addımı alqışlayırıq. Siz İrəvanda işləyib, Moskvada yaşaya bilərsiniz. Buna heç nə mane olmur. Rusiyadan gedənlərin çoxu artıq geri qayıdıblar, başa düşüblər ki, burada dəhşətli heç nə baş vermir. Kimsə Ermənistanda işləməyi sevirsə, buyursun”.

Rusiya Prezident əlavə edib ki, rusiyalıların bəziləri işləmək üçün İrəvanı yox, Bakını seçirlər: “Eləcə də Qazaxıstanda çox yaxşı maliyyə zonası yaradılıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam