Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Yəmən səfiri:“Yaxın gələcəkdə Qarabağın bərpasının nəticələrini görəcəyik”

 

Yəmənin Azərbaycandakı səfiri ikitərəfli münasibətlərin daha da inkişafı üçün hər cür səy göstərməyə hazır olduğunu bəyan edib.

Yenixeber.org: İqamətgahı Ankarada olan Yəmənin Azərbaycandakı səfiri Məhəmməd Saleh Əhməd Turiq “Report”a açıqlamasında bildirib ki, Qarabağa səfər etməkdən və burada həyata keçirilən layihələrlə tanış olmaqdan çox şaddır.

“Burada olmaqdan çox şadam. Burada diplomatik korpusun və hərbi attaşelərin çox sayda nümayəndələri var. Bu ərazilərin yenidən dirçəlməsini və müharibədən əvvəlkindən daha yaxşı olmasını arzulayıram”, - Yəmən səfiri bildirib.

“İnanıram ki, yaxın gələcəkdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələrin təsirli nəticələrinin şahidi olacağıq. Azərbaycanın güclü və nümunəvi iqtisadiyyatı var. İki ölkə arasında çoxtərəfli əlaqələr var. Mən də öz növbəmdə bu əlaqələri daha da inkişaf etdirmək üçün hər cür səy göstərəcəyəm”, - diplomat vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam