Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Sürgünəm həyata

 

Sürgünəm həyata yaşamaq çətin,
Əllərim gözümdə boğazda qəhər.
Həyatla dil tapıb yol açmaq çətin,
Çatmışam bu yerə gəlib bir təhər...
*****
İnsanın xisləti qaranlıq gecə,
Yol tapa bilməzsən qəlbinə doğru,
İnsanlar sarsılıb görürsən necə?...
Dilləyib astaca verərsən sorğu...
*****
İnsanın siması gözəldən, gözəl,
Bəs, qəlbi nə söylər əməllərində.
Bu sonluq bitməmiş yaşamış əzəl,
Baxanda görürük təməllərində...
*****
Hər üzün astarı yamaq- yamaqdır,
Yamaqlar utanır, üzlər qızarmır.
Bir insan ömrünə baxarsaq əgər;-
Hər küncdə, bucaqda yalaq - yalaqdır.
*****
Özündən bixəbər yaramaz insan,
Çox evlər yıxmısan xəbərin varmı?...
Qəlbində yaranı sanamaz insan,
Sənin bəs, o yükdən xəbərin varmı?!..
*****
Doğmanın, doğması düşmənə dönər,
Övladın  ürəyi daş olan zaman.
Ananın ümidi çıraq tək sönər,
Yaşamaz analar, anba-an ölər.
*****
Ey həyat, ey həyat qəribin oldum,
Zamanın ucunda donub qalmışam.
Torpaqdan yoğrulub qəlibin oldum,
Qazancım nə idi, nəyi salmışam.
*****
Dövran ki, dəyişdi ömür qovulur,
Saxlayıb geriyə qaytarmaq üçün.
Boylanıb arxaya hər baxanda mən,
Ömürümdən, günümdən illər sovrulur...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam