Azərbaycan Baş naziri Qırğızıstan NK-nın sədrinə başsağlığı verib
Baş nazir Əli Əsədov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu göndərib.
Yenixeber.org: Baş nazir məktubda Rusiyanın Ulyanovsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Qırğız Respublikası vətəndaşlarının ölməsi və yaralanmasına görə dərindən sarsıldığını bildirib.
Məktubda Qırğızıstan Nazirlər Kabinetinin sədrinə, habelə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.