Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Azərbaycan İKT Sənayesi Assosiasiyası”na yeni sədr seçilib

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Yenixeber.org: Toplantıda İKT üzrə tanınmış mütəxəssis Elvin Abbasov quruma yeni sədr seçilib.

Onun iştirakı ilə indiyə qədər görülmüş işlər barədə geniş müzakirə aparılıb, gələcək planlar yol xəritəsi müəyyən edilib.

E.Abbasov qeyd edib ki, müasir dünya ilə ayaqlaşan, novator fikirlər, tezislər müəyyən edilməli və həyata keçirilməlidir: “Gənc, peşəkar kadrlar bu fəaliyyətdə avanqard rolunda iştirak etməlidirlər”.

O, əlavə edib ki, Assosiasiyanın fəaliyyəti “Texnologiya bütün sahələri birləşdirən dəyər zənciridir” şüarı əsas götürülməklə tənzimlənməlidir.

E.Abbasov ictimai birliyin missiyası, vizyonu və başlıca hədəfləri barədə iştirakçıları məlumatlandırıb. O, bildirib ki, missiya İKT sektorunun davamlı inkişafına nail olmaq, onun rǝqabǝt qabiliyyǝtliliyini artırmaq, qlobal rǝqabǝt səviyyəsinə yüksǝlmǝkdir. Vizyon isə müasir elm vǝ texnoloji nailiyyǝtlǝrǝ ǝsaslanan innovasiya vǝ yüksǝk texnologiya sahǝlǝrində inkişaf etmiş ən güclü ölkəyə çevrilməkdir. Başlıca hədəflərə isə ölkədə İKT mühitinin münbitləşməsi və genişlǝndirilmǝsi, İKT bazarının daim analiz edilməsi, hesabatların hazırlanması vǝ yeni strategiyaların tǝklif edilməsi; İKT sektorunda fǝaliyyǝt göstǝrǝn şirkǝtlǝrin kvalifikasiyası; İKT ǝmǝk bazarında fǝaliyyǝt göstǝrǝn aktivlǝrin kvalifikasiyasının artırılması və sertifikatlaşması; 4-cü sǝnaye inqilabına keçid mǝrhǝlǝsi üzrǝ arxitekturanın qurulmasına dǝstǝk; İKT sahǝsindǝ alternativ “Milli İnternet Resursları”nın vǝ “Made in Azerbaijan” brendlǝrinin yaranmasına dǝstǝk verilməsi daxildir.

Tədbir iştirakçıları yeni sədrin irəli sürdüyü fəaliyyət planı ətrafında müzakirələr apararaq ümumi razılığa gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam