Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər

Siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər

Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi üzərində iş davam edir.

Yenixeber.org: Milli Məclisdən verilən məlumata görə, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.

Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Artıq Azərbaycanda dövlət qeydiyyatına alınmış aşağıda adları göstərilən siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər:

1. Vətəndaş Həmrəyliyi Partiyası

2. Ana Vətən Partiyası

3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

4. Böyük Quruluş Partiyası

5. Vəhdət Partiyası

6. Azərbaycan Demokratik Maarifçilik Partiyası

7. Demokratik İslahatlar Partiyası

8. Vətəndaş Birliyi Partiyası

9. Milli Cəbhə Partiyası

10. REAL Partiyası

11. Azərbaycan Demokrat Partiyası

12. Böyük Azərbaycan Partiyası

13. Azərbaycan Milli İstiqlal Partiyası

14. Ədalət Partiyası

15. Azərbaycan Liberal Demokrat Partiyası

16. Milli Vəhdət Partiyası

17. Aydınlar Partiyası

18. Azərbaycan Naminə Alyans Partiyası

19. Azərbaycan Sosial Demokrat Partiyası

20. Azərbaycan Sosial Rifah Partiyası

21. Cümhuriyyət Xalq Partiyası

22. Müstəqil Xalq Partiyası

23. Milli Həmrəylik Partiyası

24. Azərbaycan Respublikaçılar Partiyası

25. Azərbaycan Təkamül Partiyası

26. Milli Demokrat İdrak Partiyası

27. Gələcək Azərbaycan Partiyası

28. Haqq Ədalət Partiyası

29. Azərbaycan Yüksəliş Partiyası


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam