Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi naviqasiya üçün təhlükəyə çevrilib

 

Reyn çayında suyun səviyyəsi azalmağa davam edir.

Yenixeber.org: Bu barədə “The Guardian” məlumat yayıb.

Belə ki, avqustun 12-də gündüz saatlarında Frankfurt yaxınlığındakı Kauba ərazisində - suyun səviyyəsinin ənənəvi olaraq aşağı olduğu yerdə suyun səviyyəsi 40 sm-dən aşağı düşüb.

Reynin belə quruması çayın bir çox yerlərində naviqasiyanın, o cümlədən yüklərin daşınmasının qeyri-mümkün olmasına gətirib çıxarıb.

“The Guardian” qeyd edir ki, kömür, yanacaq, taxıl və digər malların daşınmasına qoyulan bu yeni məhdudiyyətlər Avropada iqtisadi böhranı daha da gücləndirir.

Qeyd edək ki, keçən həftə gəmilər Reyn çayında hərəkət edə bilirdi, lakin onlar qismən yüklənməli olurdular. Digər yandan, şirkətlərin dəmir yolu və ya avtomobil yolu ilə daşımalara keçmək imkanları məhduddur. Məsələn, çay gəmisi orta hesabla 1 000 ton taxıl götürə bilər ki, bu həcmi quru yolu ilə daşımaq üçün təxminən 40 yük maşını lazım olardı.

Almaniya hökumətinin məlumatına görə, çayın əsas ərazilərində suyun səviyyəsi bu il üçün qeyri-adi dərəcədə aşağı səviyyədə olub və yaxın 3-4 gündə daha 10-15 sm azala bilər.

Sinoptiklər gələn həftənin ortalarına kimi çaylarda suyun səviyyəsinin artacağını vəd etsələr də, hökumət bunun kifayət etməyəcəyini etiraf edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam