Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb -SİYAHI

 

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Yenixeber.org: Məlum olub ki, bu ilin yeddi ayı ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox verilən ad Uğurdur. Bu ad yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayları ərzində 1037 uşağa qoyulub.

Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 1009 uşağa Əli, 922 uşağa Yusif, 918 uşağa Hüseyn, 690 uşağa Məhəmməd, 616 uşağa Ömər, 578 uşağa Raul, 570 uşağa Murad, 451 uşağa Tunar və 446 uşağa Adəm adı verilib.

Həmçinin bu ilin yeddi ayı ərzində qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Bu ad yanvar, fevral, mart, aprel, may, iyun və iyul aylarında 1010 uşağa qoyulub.

Bundan əlavə, 823 uşağa Zeynəb, 802 uşağa Məryəm, 802 uşağa Aylin, 684 uşağa Fatimə, 681 uşağa Nilay, 652 uşağa Mələk, 541 uşağa Nuray, 536 uşağa İnci və 534 uşağa Ayla adı verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam