Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Nuray House” 30 fəhlənin pulunu mənimsədi?:Rəsmi qurumları “aldatdı” (FOTO)

 

“Nuray House” 30 fəhlənin pulunu mənimsədi?: Rəsmi qurumları “aldatdı” (FOTO)

 

"Nuray House” MTK Xırdalan şəhərində inşa etdirdiyi binada işlətdiyi 30 fəhlənin 60 min manata yaxın zəhmət haqqını ödəmir.
Yenixeber.org:Bununla bağlı aldadılmış fəhlələr Kütləvi İnformasiya Vasitələrinə müraciət edib. Həmin müraciəti ixtisarla təqdim edirik:
"Xırdalan şəhəri, Heydər Əliyev prospektində "Nuray House” MTK tərəfindən inşa olunan 16 mərtəbəli binada usta və fəhlə kimi işləmişik. Amma MTK-nın sahibi Yusif Vəlixanov bizim 59 min 661 manat pulumuzu vermir.
Nəzərinizə çatdırmaq istəyirik ki, biz 2015-ci ilin iyun ayında "Nuray House” MTK-da işə başlamışıq. 2016-cı ildə MTK rəhbərliyi gördüyümüz suvaq və hörgü işləri üçün material almağa pulu olmadığını bildirməklə yanaşı bizə işləri görmək üçün barter təklif etdi. Bu təklif əsasında gördüyümüz işin müqabilində bizə mənzil verilirdi ki, biz də mənzili satıb xərclədiyimiz pulu və əmək haqqımızı götürürdük. Mənzillərin kvadrat metrini 650 manatdan sənədləşdirirdik. Amma həmin mənzilləri tez satmaq üçün muştərilərə ucuz qiymət təklif etməklə materialın pulunu düzəltməyə çalışırdıq. Gördüyümüz işin müqabilində şirkət tərəfindən bizə əmək haqqı kimi veriləcək növbəti mənzilə müştəri tapıb satmaq istədik. Buna qədər "Nuray House” MTK-nın bizə 59 661 manat borcu qalmışdı və MTK-nın sahibi ilə növbəti mənzilin verilməsi ilə bağlı razılığımız da vardı. Yusif Vəlixanov razılaşmanı pozaraq bildirdi ki, daha mənzil verməyəcək, əvəzində pulumuzu ödəyəcək. Bu bizə sərf edirdi. Çünki bizə verilən mənzili daha ucuz qiymətə satırdıq. MTK rəhbərliyi bizə deyirdi ki, dollar qalxdığı üçün mənzillərdə bahalaşacaq və buna görə işinizi davam edin, pulunuzu verəcəyəm.
20-25 gündən sonra pul istəyərkən MTK rəhbərliyi bildirdi ki, pulu yoxdur, amma tezliklə verəcək. Betona və materiala pulu çox çıxır. Ona görə də bizə pul verə bilmir: ”Sonuncu mərtəbəni də tamamlayıb, sonra pulunuzu verəcəyəm”.
Biz də məcbur olub işimizi davam etdirdik. Yeni il bayramı ərəfəsində bizə yaxşı pul verəcəyini deyən Yusif Vəlixanov 31 dekabr günü bizə 4 dənə 20 dollarlıq əskinas olmaqla 80 dollar və bir dənə 50 manat gətirdi. Bu pulun aramızda bölünməsini istədi. Biz 25-30 nəfər adamıq, bunu necə bölə bilərdik? Narazılıq etdik, işi dayandırdıq. Əşyalarımız götürüb getmək istəyəndə oğlu Rüstəm bizə yaxınlaşaraq bildirdi ki, "akumlyator” gətirirlər: "Bayrama görə, yolda qalıb. Bayramdan sonra mal gələcək, onda sizin bütün borcunu bağlayacagam. Bilirdik ki, onlar vaqonla akumlyator gətirirlər. Düşündük ki, bayramdan sonraya qədər də dözək. Sonra pulumuzu alarıq. Bayramdan sonra da bir-neçə gün işlədik. Sonra pulu almağa gedəndə problemlərimiz başladı.
Yusif Vəlixanov bizə bildirdi ki, "pul yoxdur, işi yarımçıq saxlasaz, bir qəpik də verməyəcəm. Gedin kimə istəyirsiz, şikayət edin”. Hətta ofisdə narazılıq edən ustalardan birinin – Fərhad Abdullayevin qabağını kəsərək, günün sonunda oğlanları Mehman və Rüstəmlə birgə "səni öldürüb, qanını bağlayaram” deyə təhqir və təhdid də edib.
Bundan sonra hər dəfə pulumuzu istəyəndə işimizdə səhv tapmaq üçün müxtəlif bəhanələr gətirməyə başladı. Bir gün işlədiyimiz 16-cı mərtəbəyə gəldi. Oğlu da yanında idi. Heç bir səhv tapmadı, sonra divarın nazik olduğunu bəhanə edərək, fəhləlik edən Elnur Məmmədovun üstünə cumdu. Başından tutaraq, divara vurmaq istəyəndə güclə əlindən çıxdı. Sonra Elnur Məmmədovu yumruqlamağa başladı. Elnur Məmmədov da heç nə etmədi, çünki yaşda və bədəndə ondan böyük idi. Elnurun sözlərinə görə, qorxsa da düşünüb ki, nəsə etsə əlinə bəhanə düşər: "Amma o dayanmadı, məni vura-vura balkona gətirdi. Dedi ki, "səni burdan atacam, pul verib qanını bağlayacam”. Bu vaxt oğlu güclə onu sakitləşdirdi”.
Biz pulumuzu almaq üçün Yusif Vəlixanova müxtəlif təkliflər də etdik. Gördüyümüz işin hamısını qeyd etdik. Ofisə gedərək bildirdik ki, borcumuzu hissə-hissə ödəsin. Qeydiyyat apardığımız kağızları cırıb, bizi ofisdən bayıra çıxartdı…
… Abşeron Məhkəməsinə şikayət etdik. Məhkəmənin qərarı ilə binada işlər dayandırılıb. Lakin bilinməyən səbəblərər görə, qiraq qüvvələrin səyi nəticəsində qərardad ləğv olunaraq MTK-da işlərin aparılması bərpa edilmişdir. Məhkəmənin təyin etdiyi ekspertiza binaya baxış keçirib rəy hazırladı. Bizim apardığımız qeydiyyatla ekspertizanın rəyi arasında cəmi 4 manat fərq var idi. Məhkəmə bunu qəbul etdi. Amma məhkəmə iddiamızı təmin etmədi. Bizim haqlı olduğumuzu bilə-bilə hakim "Nuray House”-nin maraqlarını qorumuş oldu.
Halal əmək haqqımızı almaq üçün müxtəlif dövlət qurumlarına etdiyimiz müraciətlərə baxmayaraq, haqqımızı batırmağa çalışdılar. Ən dəhşətlisi isə odur ki, etdiyimiz şikayətlərə görə bizi polislə və başqa hüquq-mühafizə orqanları ilə hədələyirlər. Sanki şikayət etmək cinayət imiş. Sizdən xahiş edirik ki, "Nuray House” MTK-nın Xırdalanda inşa etdiyi binada işləyən 30 fəhlənin əmək haqqısının mənimsənilməsi ilə bağlı araşdırma aparıb, günahkarları cəzalandırmasına nail olasınız. Biz yalnız halal pulumuzu istəyirik…”

Tendensiya.com-un məlum müraciətlə bağlı apardığı araşdırmalar nəticəsində məlum oldu ki, "Nuray House” MTK-nın rəhbərliyi ilk əvvəl fəhlələrə borclu olduğunu rəsmi qurumlara verdiyi izahatlarda və etdiyi şikayətlərdə təsdiq edib. Lakin sonradan fəhlələrin əmək haqqısını ödəməmək üçün guya onların MTK-ya borclu olması ilə bağlı Sumqayıt İnzibati İqtisad Məhkəməsində iddia qaldırır. Bu prosesi Abşeron rayon Məhkəməsində də davam etdirir. Məlum subyektiv səbəblərdən Abşeron rayon Məhkəməsində fəhlələr üzərində qələbə çalır. Halbuki Abşeron rayon Məhkəməsinin hakimi İlham Kərimli fəhlələrin təqdim etdiyi sübutları və Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzi tərəfindən aparılmış ekspertiza rəyini nəzərə almayaraq fəhlələrin iddiasını rədd edir.
Qeyd edək ki, yaranmış mübahisə ilə bağlı tərəflərin bir-birindən rəsmi qurumlara etdiyi şikayətlərin birində, daha konkret "Nuray House” MTK-nın sədri Vəlixanov Mehman Yusif oğlu (Yusif Vəlixanovun oğlu – red) tərəfindən 20 yanvar 2017-ci il tarixində Abşeron rayon Polis İdarəsinə edilmiş şikayət ərizəsində onların Arif Ağamaliyevə (MTK-da işləyən fəhlələrdən biri – red.) 25 min 165 manat borcu olduğunu yazıb. Ən maraqlısı isə Yusif Vəlixanovun digər oğlu Rüstəm Vəlixanov məhkəməyə verdiyi izahatında fəhlələrin onlara 25 min 165 manat məbləğində borclu olduğunu qeyd edib… Guya fəhlələr bağladıqları müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir… Göründüyü kimi iki qardaşın bir – birindən 180 dərəcə fərqli olan ifadələrindəki təzad "Nuray House” MTK-la fəhlələrin mübahisəsində hər şeyi ortaya qoyur. Məhkəmə hakimi İlham Kərimli bu təzadlı ifadələri nəzərə almayaraq Azərbaycan Respublikası adından qətnamə qəbul edir.
"Nuray House” MTK rəsmi qurumlara kələk gəlib? 
Tendensiya.com-un araşdırmaları nəticəsində məlum olub ki, "Nuray House” MTK fəhlələri aldatmaqla yanaşı dövlət qurumlarına da "kələk gəlib”.  Redaksiyaya daxil olan sənədlərə ötəri nəzər salmaq kifayət edir ki, "Nuray House” MTK Xırdalan şəhəri Heydər Əliyev prospektində tikdiyi binanın inşaşı prosesində Azərbaycan Respublikasının qanunvericiliyi kobud şəkildə pozub. Görünür MTK rəhbərliyi hansısa vəzifəli şəxsə arxayın olduğundan qanunları görməzdən gələrək 16 mərtəbəli binanın tikə bilib…(tendensiya.com)
Araşdırmalarımız davam edir. Növbəti yazılarımızda oxuyacaqsınız?
ANONS
– "Nuray House” MTK-nın Xırdalan şəhəri Heydər Əliyev prospektində inşa etdirdiyi binada hansı problemlər var?
 
– Fövqəladə Hallar Nazirliyi 16 mərtəbəli binanın istismara qəbul edilməsinə rəy verəcəkmi?
 
– "Nuray House” MTK-nın arxasında hansı məmur dayanır?
 
– MTK rəhbərliyinin qanuni haqlarını tələb edən fəhlələrin susdurulması və ya zərərsizləşdirilməsi üçün hansı planları var?
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam